!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı aparıcı ağır qəzaya düşdü – Fotolar

!Reklam – Yazi

238430Öncə simasını geniş tamaşaçı auditoriyasına “Space” TV və Türkiyənin “TRT” kanalının Azərbaycan təmsilçiliyinin əməkdaşılarından biri kimi tanıdan teleaparıcı Arzu Umut 3 gün əvvəl avtomobil qəzası keçirib.

Oxu.az xəbər verir ki, yaxın vaxtlarda teleməkana müəllif layihəsi ilə qayıtmağı planlaşdıran aparıcı çəkilişə gedərkən bu üzücü hadisəni yaşayıb.

“Facebook” və “İnstagram” sosial şəbəkələrində status paylaşan Arzu Umut, ona görə narahatlıq keçirən dostlarına səslənib: “Mənim üçün narahat olan dostlarım, doğmalarım və dəyərli izləyicilərim. Yeni layihə ilə bağlı cəkilişlərə neçə vaxt idi start vermişdik, məlum hadisədən sonra məcburən fasilə verdik.

Bir neçə gün əvvəl komandamızla çəkilişə gedən vaxt başımıza bu qəza gəldi. Maşında mənimlə yanaşı 2 əməkdaşımız da yüngül bədən xəsarəti aldı. Ən ağır xəsarəti isə mən aldım.Biləyim və barmağım bir neçə yerdən çatlayıb. Allah hər kəsi qorusun. Sükan arxasında olanlar diqqətli olun. Doğrudan da ölüm qaşla-göz arasındadır.

Üstunuzə sağlıq, 3 gecədir ağrı məni yuxu üzünə həsrət qoyub. Dua edin ki, tez bir zamanda bu sarğılardan və zədə almış barmağımın gipsindən xilas olum və yarıda qalan yeni layihəmin ilk buraxılışı üçün çəkilişlərə başlayım. Mənəvi dəstəyinizə çox ehtiyacım var”.

Həkim nəzarətində müalicəsini davam etdirdiyini vurğulayan Arzu Umut, hansı telekanalın efirində tamaşaçıların görüşünə gələcəyini anons etmək istəmədi.

www.yenicag.az

1022
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv