Azərbaycanlı aparıcı İbrahimoviçi yanacaqdoldurma məntəqəsində gördü və… FOTO

Aparıcı Ceyhun Əli dünyaca məşhur keçmiş futbolçu Zlatan İbrahimoviçlə görüşüb.

Yenicag.az xəbər verir ki, telejurnalist bu barədə sosial şəbəkədə bildirib.

O, foto paylaşaraq İtaliyanın Milan şəhərində rastlaşdıqlarını qeyd edib:

“Milanda gəzirsən və yanacaqdoldurma məntəqəsində Zlatan İbrahimoviçlə qarşılaşırsan”.