Azərbaycanlı aparıcı studiyada yıxıldı

“Xəzər” televiziyasının aparıcısı studiyada yıxılaraq ağır xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə fevralın 1-də “Xəzər Xəbər”in efirə gedən 15:00 buraxılışından sonra baş verib.

1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada efirdən sonra yıxılıb. Nəticədə xəsarət alan aparıcı “təcili yardım” xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun qapalı kəllə-beyin travması aldığını müəyyən ediblər.

Aparıcıya lazımi tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. (Report)

COP29