Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarış keçirilib.
Yenicag.az xəbər verir ki, yarışda azərbaycanlı atlet Lamiyə Vəliyeva qüvvəsini sınayıb.
Onun heyətində yer aldığı komanda 4×200 metr məsafəyə qarışıq estafet qaçışında 1.31.80 nəticə ilə 1-ci yeri tutub.
Bundan əlavə, atletimiz 400 metr məsafəyə qaçışda göstərdiyi 55.78 saniyə nəticə ilə Azərbaycan milli rekordunu yeniləyib.