Azərbaycanlı atlet Ramil Quliyev yeni uğura imza atıb.
Yenicag.az xəbər verir ki, Türkiyə bayrağı altında yarışan 27 yaşlı idmançı Finlandiyanın Turku şəhərində keçirilən yarışda 100 metr məsafəni 10:02 saniyədə qaçıb. O, şəxsi göstəricisini yaxşılaşdırmaqla olimpiya çempionu Useyn Boltu geridə qoyub. Yamaykalı məşhur atletin cari il üçün ən yaxşı göstəricisi isə 10:03 saniyədir.
Qeyd edək ki, Ramil Quliyev Türkiyə vətəndaşlığını qəbul edib. O, 2011-ci ildən qardaş ölkənin uğurları üçün çalışır.