!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb

!Reklam – Yazi

Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb.

“Report”un xəbərinə görə, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.

Belə ki, Surqut şəhərində “Kafe Rus” iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq (“sxodka”) olub. Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayon sakini 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başında güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.

Yenicag.az

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv