Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Azərbaycanlı avtoritetlər saxlanıldı - Rusiyada

Rusiya Xüsusi Təyinatlılarının və “Rosqvardiya”nın əlahiddə dəstələri Çelyabinskdə Azərbaycandan olan kriminal avtoritetlərin yığışdıqları “Kiçik Gürcüstan” restoranında reyd keçiriblər.

Yenicag.az ura.ru saytına istinadla xəbər verir ki, sözügedən məkanda Rəhman Abdullayev və Çelyabinskin Traktorozavodski rayonunun kriminal avtoritetlərindən olan Vladimir Puzikovun cinayətkar qruplaşmaları bir araya gəlib. 47 yaşlı R.Abdullayev Çelyabinskdəki Azərbaycan qruplaşmasının lideri İlham Osmanovun “sağ əli”dir. 2015-ci ildə onu və Osmanovu zorla pul qoparma işi üzrə saxlayıblar və hər ikisi şərti cəza alıb. R.Abdullayev həm də Yekaterinburqda 4 nömrəli tərəvəz bazasına “krışalıq” edib.

Restorandakı əməliyyat zamanı onlarla adam saxlanılıb. Axtarışlardan sonra məkanda olanların hamısını – müştəriləri, aşpazları, cinayətkar dəstələrin üzvlərinin hamısını əlləri boyunlarının arxasında olmaqla üzüüstə asfalta səriblər. Ümumilikdə, təxminən 50 nəfərin həbs olunduğu qeyd olunub.

Yenicag.az

www.yenicag.az

467
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM