Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanlı “baron”un Lacivərd sahillərdəki malikanəsi... - Video

Rusiyada məhkəmə qərarı ilə rəsmən müflis elan edilən azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılov yenə medianın diqqət mərkəzindədir. Lakin indi əvvəllər olduğu kimi onun Cenifer Lopesə və ya Monika Belucciyə milyonlarla dollar səpələməsinə görə deyil, nəhəng “Çerkizon” talkuçkası üzərində qurulmuş biznesinin necə çökməsi barədə danışılır.

Bu dəfə “Vesti Nedeli” telekanalı araşdırmaçı-jurnalist Arkadi Mamontovun Telman İsmayılovdan bəhs edən filini efirə verib. Filmdə T.İsmayılovun “Çerkizovsk” bazarının 19 il ərzində Rusiyada bir nömrəli qaçaqmal, cinayətkarlıq və hər cür qanunsuzluqların baş verdiyi məkan kimi fəaliyyt göstərərək ona milyardlarla dollar qazandırmasından danışılır.

“Çerkizon”un keçmiş sahibi İsmayılov indi müflisdir. Nə pulu var, nə şöhrəti, nə güclü dostları. Gah deyirlər Türkiyədə gizlənir, gah deyirlər İsraildə. Hamıya borcludur”-Arkadi Mamontov bildirir.

Moskva Daxili İşlər İdarəsinin cinayət axtarışının keçmiş rəisi Yevgeni Xarlamov deyir ki, 2000-ci illərin ortalarında heç kim Telman İsmayılovun bazarına toxuna bilməzdi. “Biz kim idik ki, onun bazarını yoxlayaq? Bir tərəfdən paqon daşıyırıq, o biri tərəfdən yuxarıdan icazə almadan heç yana yoxlamaya gedə bilməzdik. Üstəlik deyəndə ki, söhbət “Çerkizon”dan gedir, deyirdilər ki, iş-gücünüz yoxdur?”-keçmiş rəis T.İsmayılovun güclü əlaqələri haqda danışaraq gileylənir

Filmdə T.İsmayılovun Rusiyada qazandığı milyardları Türkiyəyə yatırmasından və “Mardan Palace” oteli açmasından da danışılır, otelin dəbdəbəli açılışından kadrlar verilir. Vəkil Aleksandr Treşev deyir ki, T.İsmayılov təkcə “VTB-Bank”a və başqa banklara yox, xeyli nüfuzlu adama da borcludur. Onlar T.İsmayılovun şəxsi qarantiyasına inanıb ona böyük pullar borc veriblər. İndi isə pullarını qaytara bilmək üçün növbəyə düzülüblər. T.İsmaylovun Moskvada bir vaxtlar hər gün dəbdəbəli əyləncələrin keçirildiyi villası indi sahibsizdir. Qonşular deyir ki, villaya gəlib-gedən yoxdur. Mamontov T.İsmayılovun Fransa Lacivərd sahillərdəki villasını da çəkib. Jurnalist xatırladır ki, həmin villanın da üzərinə həbs qoyulub. Hazırda “Çerkizovsk” baronunun Versal sarayını xatırladan bu malikanəsi də boşdur, darvazanın üzərində AST qrupunun emblemi həkk olunub. Hansı ki, T.İsmayılov orada bir vaxtlar gecəsi 5 milyon dollara dünya ulduzları ilə əylənirdi…

Yeniçağ.az

www.yenicag.az

89