Azərbaycanlı baş redaktor Binəli Yıldırımla görüşə üzərində Heydər Əliyevin imzası olan qalstukla qatılıb – Foto
FETÖ terror şəbəkəsinin 2016-cı il 15 iyul çevriliş cəhdinin 1-ci ildönümü ilə əlaqədar Türkiyəyə yollanan Azərbaycan jurnalsitlərinin qardaş ölkəyə səfəri davam edir.
Səfər çərçivəsində Türkiyənin baş naziri Binəli Yıldırımla görüşə üzərində ümummilli lider Heydər Əliyevin imzası olan qalstukla qatılan Yenıcag.Az saytının baş redaktoru Aqil Ələsgər diqqət mərkəzinə düşüb.
Baş nazir Binəli Yıldırımla Aqil Ələsgərin həmin qalstukda olduğu fotoşəkil geniş sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Şəklə yazılan çoxsaylı şərhlərə münasibət bildirən Aqil Ələsgər bu barədə maraqlı qeydlər yazıb. Baş redaktorun sözlərinə görə, Yıldırımla görüşün baş tutduğu 14 iyul tarixi həm də Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi gündür. Bu səbəbdən, baş nazirlə görüşə də məhz Ümummilli liderin imzası olan qalstukla qatılıb:
“Mən cənab Prezidentim İlham Əliyevin əsgəriyəm və 14 iyul Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gün olduğu üçün qardaş ölkənin rəsmi tədbirinə Ulu Öndərin imzası olan qalstukla getmişdim”.
Aqil Ələsgər əlavə edib ki, Binəli Yıldırımla ilk dəfə 2016-ci il iyulun 15-də görüşüb və ona müəllifi olduğu “Terrorun Gülən üzü” kitabını hədiyyə edib:
“Hörmətli Binəli Yıldırımla bu il iyulun14-də baş tutan söhbətimizdə də o tarixi yada saldıq. Çünki bizim ötənilki görüşümüz olan gün – iyulun 15-də axşam FETÖ hərbi dövlət çevrilişinə cəhd etmişdi. Həmin olayları təkrar yada saldıq və daha bir xatirə şəkli çəkdirdik”.(diaspor.az)