Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı “Beşiktaş”lılardan maraqlı addım - FOTO

Azərbaycanlı “Beşiktaş” azarkeşlərinin qurduğu “Təbəssüm yarat” könüllü qrupu Astara rayonunun Şümrüd kəndində yardım kampaniyası təşkil edib.

Yenicag.az xəbər verir ki, kampaniya çərçivəsində şəhər mərkəzindən uzaq məsafədə yaşayan 289 şagirdə məktəb ləvazimatları, çanta, ayaqqabı, qış geyimləri, oyun və idman alətləri hədiyyə edilib.

Ölkənin dörd bir tərəfindən gələn 17 min manat məbləğin ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək məqsədilə 20-yə yaxın könüllü səfərbər olub.

“Təbəssüm yarat” kampaniyasının məqsədi Beşiktaş fəlsəfəsi ilə böyüyən insanların öz vətəninə və vətəndaşlarına mərhəməti, paylaşmağı, təhsil almağın əhəmiyyətini aşılamaq, futbolun təkcə idmandan və 22 nəfərdən ibarət olmadığını göstərmək, minlərlə insanın gücünü birləşdirməklə yüzlərlə şagirdi təhsilə cəlb etmək və həvəsləndirməyin mümkünlüyünü sübut etməkdir. 3 il ərzində Azərbaycanın 4 müxtəlif ucqar rayonunun (Daşkəsən, Ağdam, Ağcabədi, Astara) 5 məktəbində təhsil alan şagirdləri sevindirən beşiktaşlılar qısa müddət ərzində növbəti səfərlərinə yollanacaqlar. Kampaniyaya dəstək olmaq üçün “Təbəssüm yarat” komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.

www.yenicag.az

3553
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100