Sentyabrın 26-da Volqoqrad şəhərində güllələnərək öldürülən 32 yaşlı azərbaycanlı biznesmen Zülfüqar Əsədovun ölüm anları idarə etdiyi maşının kamerasına düşüb. Ggörüntülərdə killerin maşına yaxınlaşdığı və səsboğucu tapança ilə Zülfüqar Əsədova atəş açdığı qeydə alınıb.
Atəş nəticəsində maşının qabaq şüşələrinin çatladığı, biznesmen Zülfüqar Əsədovun isə çığırdığı görülür.
Volqoqrad istintaqçıları 32 yaşlı Əsədovla birlikdə mühafizəçisinin də maşında olduğunu və hazırda onun xəstəxanada müalicə aldığını deyiblər(modern).