!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mübariz Mənsimova kimlər böhtan atır?

!Reklam – Yazi

Son günlər rusdilli mediada Azərbaycan əsilli Türkiyənin nüfuzlu iş adamı, “Palmali” holdinqin prezidenti Mübariz Mənsimovun adı davamlı olaraq hallanmaqdadır.

Məlum olduğu kimi, Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin elektron versiyasında Mübariz Mənsimovun digər azərbaycanlı – tanınmış oliqarx, “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovla guya konflikti haqqında məqalə dərc edilib.

Adıçəkilən Rusiya qəzeti heç bir rəsmi mənbəyə əsaslanmadan yayımladığı materialda Mübariz Mənsimovun ünvanına qeyri-senzur, təhqiredici ifadələr işlədilib, iş adamı fırıldaqçılıqda ittiham olunub.

Təəssüf ki, Azərbaycanın bəzi rusdilli nəşrləri də öz köhnə vərdişlərinə sadiq qalaraq, bu saxta, məqsədli şəkildə sızdırılmış materialı göydə tutaraq, “sensasion” başlıqla təkrar dərc ediblər.

Lakin cəmi bir neçə saatdan sonra həmin materiallar oxucuları təəccübləndirəcək qaydada o saytların səhifələrindən “qeyb olub”. Yəni naməlum, muzdlu “yazar”ın qələmindən çıxan o məqalə ilə tanış olmaq istəyənlərin bu arzusu gerçəkləşməyib.

Hamıya bəllidir ki, Mübariz Mənsimov Türkiyədə yaşamağına baxmayaraq, əsl Azərbaycan vətənpərvəri kimi, öz tarixi vətənini heç vaxt unutmur, onun təbliğatı və maraqlarının müdafiəsi üçün əlindən gələni edir.

Azərbaycanın Türkiyədəki təbliğatı üçün həyata keçirilmiş bütün layihələrdə Mübariz Mənsimovun böyük əməyi var. Belə çıxır ki, Azərbaycanlı iş adamının ləkələnməsinə çalışan hansısa üçüncü qüvvə var və o da maraqlıdır ki, həmin qüvvə bütün bu işləri Rusiya mediasının əli ilə həyata keçirtməyə çalışır.
“Nezavisimaya qazeta” nəşrinin elektron versiyasında dərc olunan məqalədə Vahid Ələkbərovun guya bütün bağışlanmaz günahlarında Mübariz Mənsimovun qəbahətinin olmasına dair iddialar nə “Lukoyl”un, nə də ki Mənsimovun rəhbərlik etdiyi “Palmali”nin ofislərində öz təsdiqini tapmayıb.

Buradan belə nəticə çıxartmaq olar: hansısa üçüncü qüvvələr azərbaycanlı iş adamları arasında gərginlik yaratmaq və şəxsən Mübariz Mənsimovu ləkələmək məqsədi ilə bu çirkli mövzunu mediada dövr etdirir, daha sonra isə böhtan xarakterli o materialları saytlardan yığışdırırlar.

Qeyd edək ki, həm Mübariz Mənsimov, həm də Vahid Ələkbərov tək yaşayıb-işlədikləri ölkələrdə deyil, dünyanın əsas işgüzar dairələrində də yetərincə tanınırlar. Bu səviyyəli iş adamlarının hansısa saytlar vasitəsilə mübahisəyə başladıqlarına inanmaq isə sadəlövhlük olardı.

Sözügedən Azərbaycanlı iş adamlarının yaxın çevrəsində olan şəxslərin sözlərinə görə, Ələkbərov və Mənsimov bir-birilərini çoxdan tanıyırlar, onların şirkətləri birgə nəhəng layihələrdə iştirak ediblər.

Bildiyimiz kimi, belə nəhəng əlaqələri olan şəxslər arasında mübahisə və anlaşılmazlıqlar ya işgüzar atmosferli dəyirmi masa arxasında, yaxud da yüksək arbitraj məhkəməsində həll olunur. O baxımdan, yalnız Moskva hüdudlarında tanınan bir qəzet bu miqyaslı şəxslərin mübahisəsində arbitr ola bilməz.

Burada aydındır ki, o “qara qüvvələr” Azərbaycanın həqiqi vətənpərvərlərini hədəfə götürüblər və heç olmasa, onların reputasiyalarını ləkələməyə cəhd edirlər. Ancaq həm Rusiya, həm Türkiyə, həm də Azərbaycanın hakim dairələri ilə ictimaiyyəti o şəxləri yaxşı tanıyır. Ona görə də belə ucuz kampaniyalar və saxta ittihamlarla onlar barəsində ictimai rəydə mənfi münasibət yaratmaq, həmin şəxsləri neqativ obrazda tanıtmaq cəhdi nəticə verə bilməz.
Çünki xalqın gözü ən dəqiq tərəzidir.

www.yenicag.az

3665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv