!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı cərrah Nobel mükafatı aldı

!Reklam – Yazi

Ceyhun Alim oğlu Babayev 1983-cü ildə doğulub. 2002-ci ildən Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhərində yaşayıb.

Hazırda Bakı şəhərində yaşayır. 2002-2008-ci illərdə İjevsk Tibb Akademiyasının “Müalicə işi” fakültəsini, 2009-2011-ci illərdə isə ümumi cərrahiyyə üzrə internatura və ordinatura bölmələrini müvəffəqiyyətlə başa vuraraq, həkim- cərrah peşəsinə yiyələnib. 2012-2016 -cı illərdə ümumi cərrahiyyə kafedrasının aspirantı olub. 2012-2017-ci illərdə ŞKX №6 SN UR (БУЗ УР “ГКБ №6 МЗ УР”) həkim-cərrahı, mədəalti vəzinin irinli iltihabı zamanı müalicə taktikası adlı dissertasiya ve Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilərək, 2014-ci il patent hüququ almışdır. 27.03.2017-ci ildən etibarən tibb elmləri namizədi adını qazanmış, onlarla metodik tövsiyyələr, məqalələr və tezislərin müəllifidir.

2008-2011-ci illərdə Rusiyadakı azərbaycanlı Gənclər Birliyinin (Odlar yurdu və Leyla xanım Əliyevanın sədrlik etdiyi AMOR) Udmurtiya bölməsinin sədri olub. 2008-ci ildə “IV Rus millətlər festivalı”nın laureatı adını qazanıb. 2011-ci ildən Ümumrusiya azərbaycanlıları Konqresinin Udmurtiya regional bölməsinin icraçı direktorudur. 2013-cü ildən Rusiya endoskop Cərrahlar Cəmiyyətinin həqiqi üzvüdür. 2010-2014-cü ildə Udmurtiya dövlət universitetinin beynəlxalq hüquq fakültəsini bitirərək, “hüquqşünas” ixtisasına yiyələnmiş və hazırda Udmurtiya Respublikasının Sarapul rayon Deputatlar Şurasının deputat köməkçisidir.

Elm və ixtiraların inkişafına verdiyi töfhələr nəzərə alınaraq, Rusiya Akademiyasının Mükafatlar Komissiyası tərəfindən Nobel mükafatına layiq görülüb. Rusiya Akademiyasının Rəyasət Heyəti (13 noyabr 2017-ci il) qərar qəbul edərək, namizədə Nobel medalının (sertifikatı, şəhadətnaməsi, nişanı) təltif edilməsi haqqında sənədlərin təqdim edilməsi 2017-ci il noyabrın 20-21-də Moskva şəhərində keçirildi.

www.yenicag.az

24462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv