Azərbaycanlı Dağıstana rəhbər oldu

Xəbər verdiyimiz kimi, Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov istefa verib.

Yenicag.az  xəbər verir ki, Dağıstanın müvəqqəti rəhbərliyi Vladimir Vasilyevə tapşırılıb. Seçim ictimaiyyət arasında çaşqınlıq yaradıb. Hazırda hamını bir sual düşündürür: niyə məhz Vladimir Vasilyev, onun Dağıstanla nə əlaqəsi var? Ən əsası o peşəkar hüquqşunas, patriot, beynəlmiləlçi və klanlardan uzaq biridir.

Vladimir, rus soyadı və adı ilə köhnə Dərbənddə yaşamış Əbdüləli adlı azərbaycanlının oğludur. Müharibə veteranı olan Əbdüləlini Dərbənddə çox adam tanıyırmış.

O, şəhərin 5-ci mahalında yaşayıb. Vasilyevin Dərbənddə Kamil Hüseynov adlı ögey qardaşı da var. Hətta Vladimirin bir neçə dəfə onlara qonaq getdiyi də bildirilir.

Qeyd edək ki, Vasilyev 1995-1997-ci illərdə Moskva polis şöbəsinin rəis müavini, Rusiya Federasiyasının daxili işlər nazirinin birinci müavini, mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə Baş idarənin rəisi vəzifələrində çalışıb.

COP29