!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı deputat alman və gürcü həmkarlarına meydan oxudu: "Mübarizə ciddi olacaq"

!Reklam – Yazi

Milli Məclisin deputatı Kamran Nəbizadə Yeniçağ.az-ın suallarını cavablandırıb. O, futbol oynamasından və bu yaxınlarda çıxış edəcəyi beynəlxalq yarışdan danışıb. Həmçinin bildirib ki, gənclərimizi yarışlara cəlb etməklə onların sağlam ruhda yetişməsinə təkan vermiş olarıq.

– IV İslam Oyunlarını izləməyə gedəcəksiniz?

– Təbii ki, gedəcəm. Bu cür yarışları qaçırtmaq olmaz.

– Daha çox hansı idman növünün yarışlarını izləyəcəksiz?

– Mən güləş həvəskarı olduğuma görə bu növdə keçirilən yarışlara daha çox izləməyə gələcəm.
Özüm də gənclikdə bir müddət güləşlə məşğul olmuşam. Həmçinin futbolu da sevirəm. Buna görə futbol yarışları zamanı da tribunada olacam.

– Deputat həmkarlarınız Adil Əliyev, Ülvi Quliyev tam peşəkar şəkildə olmasa da idmanla məşğul olurlar. Bəs siz?

– Mən vaxtı ilə – Moskva Dövlət Universitetində oxuyanda – tam peşəkar olmasa da 3-4 il həvəskar şəkildə sərbəst güləşlə məşğul olmuşam. Ondan sonra isə yalnız futbol oynamışam.
Günü bu gün də futbol vurğunuyam. Milli Məclisin deputatlarından ibarət futbol komandamız var. Mən də həmin komandanın tərkibindəyəm.

– Həftədə neçə dəfə futbolla məşğul olursuz?

– Həftədə bir dəfə oynayırıq. Həmçinin ciddi məşqlər də edirik. Çünki bu yaxınlarda Almaniya Parlamentinin yığması ilə görüşümüz olacaq. Bundan əlavə Gürcüstan Parlamentinin komandası ilə də futbol matçı keçirtməyi planlaşdırırıq. Artıq beynəlxalq səviyyədə çıxış edirik.

– Komanda yoldaşlarınız sizin futboldakı çıxışınızdan razıdır?

– Yəqin ki razıdırlar. Qol vurmağa çalışıram. Amma bunu onlardan soruşsaz daha yaxşı olar (gülür).

– Bu yaxınlarda, həmkarınız, millət vəkili Adil Əliyevin təşkilatçılığı ilə cüdo üzrə beynəlxalq turnir keçirildi. Yarışı izləyənlər arasında siz də vardınız.

– Bəli, yarışı izləməyə həm Adil Əliyevin, həm də Milli Məclisin İdman və Gənclər Komitəsinin dəvətiylə getmişdim. Bu cür idman növləri Azərbaycanda güclüdür, yaxşı təbliğ olunur. Təbii ki, belə yarışların ölkəmizdə keçirilməsi çox yaxşı haldır. Bir tərəfdən biz aprel şəhidlərimizi yad edirik. Digər tərəfdən isə belə yarışların keçirilməsi idmanın inkişafına böyük təkan verir. Bizim gənclərimizin belə turnirlərə qatılması onların sağlam həyata yönəlməsinə şərait yaradır. Həmçinin onların sağlam həyat tərzi yaşaması, vətənpərvər ruhda böyüməsinə imkan verir.

 

Aygün İlqarqızı
Yeniçağ.az
FOTO: Cəmalə Əlizadə

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv