Azərbaycanlı deputat Ankara terrorunun arxasındakı gücü açıqladı

 

ankarada_teror_icin_birlik_mitingi_h9155Elman Nəsirov:  “Türkiyədə son zamanlar intensivləşən terror aktlarında Əsəd rejimi ilə bağlı qüvvələr maraqlıdır”

Türkiyə yenidən terror aktı ilə üz-üzə qalıb. Ötən gün ölkənin paytaxtı Ankarada baş verən iki terror olayı daha 35 nəfərin ölümünə səbəb olub.  Bundan əvvəl, fevral ayında da Türkiyədə 29 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi baş vermişdi. Keçən ilin noyabrında  həyata keçirilən terror isə Türkiyədə 100 nəfərdən çox insanın ölümünə  gətirib çıxarmışdı.

Görəsən, nə baş verir? Niyə Türkiyədə ardarası kəsilməyən terror hadisələri baş verir?

1416940774_elman-1_1403933760bghfbcvMilli Məclisin deputatı, politoloq  Elman Nəsirovun Yenicag.az-a verdiyi açıqlamaya görə, Türkiyədə son zamanlar intensivləşən terror aktlarının arxasında Bəşər Əsəd rejimi dayanır:  “Türkiyə Yaxın və Orta Şərq regionunun ən güclü dövlətidir. Türkiyə buna görə də regionda baş verən hadisələrə seyrçi mövqedə qala bilməz. Məsələ ondadır ki, Yaxın Şərqdə baş verən siyasi kataklizmlərdən, qaçqın dalğasından ən çox əziyyət çəkən tərəf məhz Türkiyədir. Təsadüfi deyil ki, haızrda Suriyadan olan qaçqın və məcburi köçkünlərin əksəriyyəti, 2 milyondan artığı ancaq Türkiyə ərazisində sığınacaq tapıb. Eyni zamanda, terrorçular da həmin qaçqınlarla birlikdə Türkiyə ərazisinə daxil olub. Türkiyənin Yaxın Şərq regionunda, Suriya hadisələrində fəal, kompromissis və milli maraqlara söykənən mövqeyi həmin terrorçu qruplaşma və onlara himayədarlıq edən müəyyən siyasi dairələri narahat etməyə başlayıb. Onlar cidd-cəhdlə çalışır ki, Türkiyəni öz yerində otuzdursunlar. Onlara elə bir Türkiyə lazımdır ki, müstəqil xarici siyasət kursu olmasın, 20 il  bundan əvvəlki kimi ancaq öz daxilindəki problemlərə nəzarət edə bilsin, ölkə xaricində isə maraqları çərçivəsində fəal siyasət yeridə bilməsinlər.  Lakin Ankaranın indiki çevik siyasəti onları qane etmir, ona görə də bütün vasitələrdən istifadə etməklə çalışırlar ki, Türkiyənin başını terror hadisələrinə qatsınlar.  Eyni zamanda, hakimiyyətdə olan AKP və onun rəhbərliyini xalqın gözündən salsınlar. Çalışırlar ki, Ərdoğanın xarizmatik idarəçiliyi qarşısında ciddi əngəlllər yarada  və belədə xalqla iqtidar arasında etimadsızlıq mühiti formalaşdıra bilsinlər.  Nəticədə göstərmək istəyirlər ki, Türkiyədə bu qədər terror hadisəsi baş verirsə, deməli hakimiyyət proseslərə nəzarət edə bilmir.  Türkiyəni sevməyən və onların əlində alət olan terrorçu qruplaşmalar terror olayları həyata keçirməkdə əsas məqsədləri də məhz bundan ibarətdir.  Amma hesab edirəm ki, həmin qüvvələr niyyətlərinə çata bilməyəcək.  Çünki hər bir terror aktından sonra türk xalqının konsalidasiyası daha da güclənir. Bu da həmin qüvvələri özündən çıxarır, onlar növbəti terror aktları ilə cəmiyyəti silkələmək istəyirlər. Türkiyə hazırkı vəziyyətdə kimlərə qarşı mübarizə aparırsa, ona qarşı terror aktı həyata keçirənlərdə həmin qüvvələr sırasındadır.  Türkiyə açıq şəkildə bəyn edir ki, Suriyadakı Əsəd rejiminin legitimliyini qəbul etmir.  Belə olan vəziyyətdə Türkiyədə terror aktlarının törədilməsində maraqlı olan xarici qüvvələr deyəndə ilk növbədə məhz Əsəd rejimi ilə bağlı olan qüvvələrdən söhbət gedir”.

ELÇİN

COP29