!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı deputat “Gürcü Arzusu-sosial-demokratlar” fraksiyasının sədr müavini seçilib

!Reklam – Yazi

savaGürcüstan parlamentinin bu gün keçirilən növbədənkənar sessiyasında parlamentin sədri İrakli Kobaxidzenin sədrliyi ilə bir neçə məsələlər və yeni layihələr müzakirə olunub.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, sessiyada parlament nəzdində 3 fraksiyanın yaradılması və digər aktual məsələlər, habelə parlament nümayəndə heyətlərinin proporsional təmsilçilik məsələləri gündəliyə daxil edilib.

Sessiyada “Gürcü Arzusu-mühafizəkarlar”, “Gürcü Arzusu-sosial-demokratlar” və “Gürcü Arzusu-regional inkişaf” fraksiyalarının yaradılması müzakirə olunub. Parlamentin Prosessual Məsələlər və Qaydaları Komitəsinin sədri Georgi Kaxiani parlament çoxluğunun üzvləri daxil olmaqla üç yeni fraksiyanın yaradılması təklifi ilə çıxış edib. Fraksiyaların yaradılmasında proporsional təmsilçilik normaları qaydalarına riayət olunmaqla fraksiyaların yaradılması ilə bağlı qərarlar qəbul edilib.

Sessiyada azərbaycanlıların kompakt yaşadığı Qardabani bölgəsindən Gürcüstan parlamentinə majoritar qaydada deputat seçilən Savalan Mirzəyev “Gürcü Arzusu-sosial-demokratlar” fraksiyasının sədr müavini seçilib.

Sessiya dekabrın 30-dək davam edəcək.

Yeniçağ.Az

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv