Azərbaycanlı deputat həbs olundu – Gürcüstanda antiazərbaycan dalğası başlayıb? – Yenicag.Az

Reklam

Reklam

“Marneulidə yerli sakinin alçaldılması ilə bağlı insidentdən xəbərim yoxdur”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bildirib.

O, insidentin qurbanını Marneuli sakini kimi tanıdığını söyləyib: “Bu, insafsızlıqdır. Kimsə İvanişvili və “Gürcü Arzusu”nun üzvünü təhqir edib və bunu “Vahid Milli Hərəkat” Partiyasının üzərinə atırlar. İnsidentin qurbanı olan şəxs barədə yalnız onu bilirəm ki, o, bir neçə il “Gürcü Arzusu”nun üzvü olub və bütün seçkilərdə bizim əleyhimizə iş aparıb. Həmin şəxsin döyülməsi insafsızlıqdır. O, mənim ofisimdə olub və mən ondan partiyamız adından niyə danışdığımı soruşdum. Fiziki təzyiq olmayıb. Ofisdə çoxlu insan vardı. Söhbətdən sonra o, getdi. Bundan sonra nə baş verdiyini bilmirəm. Ona qarşı fiziki təzyiqi istisna edirəm. Onun ofisdən kiminlə çıxdığını bilmirəm”.

Qeyd edək ki, Gürcüstanın Baş Prokurorluğu parlamentin deputatı Azər Süleymanovdan girov tələb edib. O, Marneuli insidenti ilə bağlı daha yüngül əməldə günahlandırılır. Marneuli rayonunun rəhbəri Temur Abazov rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətinə görə saxlanılıb.

Süleymanovun parlament üzvü kimi toxunulmazlığı onu saxlanma və həbsdən müdafiə edir. Amma verilən son məlumatlara görə, o artıq həbs olunub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 748
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."