Azərbaycanlı deputatın ofisində axtarış

sayyad_eliyevSankt Peterburqun istintaq komitəsi azərbaycanlı deputat Səyyad Əliyevin ofisində axtarış aparır.

Axtarış Sofiya küçəsində tərəvəz bazasında məskunlaşan etnik qrup haqqında daha əvvəl başladılan cinayət işi çərçivəsində aparılır.

Xatırladaq ki, cari il iyunun 20-də Sankt-Peterburqu təzəvəz bazasında atışma baş vermişdi. Nəticədə 27 yaşlı Azərbaycan vətəndaşı Emil Hüseynov 43 yaşlı biznesmen Maarif İsmayılovu qətlə yetirmişdi.