Azərbaycanlı deputatlar İrəvanda belə qorunur – VİDEO

Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun İrəvanda iştirak etdiyi AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Azərbaycan nümayəndə heyəti çoxlu sayda təhlükəsizlik əməkdaşının müşayiəti ilə İrəvan İdman-Konsert Kompleksinə gəlib.

Ötən gün deputatlar Avronest Parlament Assambleyasının büro və komitələrinin iclaslarında iştirak etmək üçün İrəvana gediblər.