Azərbaycanlı diaspor rəhbəri Rusiyada vəfat etdi – FOTO

Kalininqrad şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri, tanınmış ictimai xadim Tofiq Rzayev 70 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə DiasporPress.az məlumat yayıb.

Qeyd edək ki, Tofiq Rzayev 1951-ci ildə Neftçala şəhərində anadan olub. O, Azərbaycan və Rusiyada müxtəlif dövlət vəzifələrində çalışıb.