!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı diaspora sədri Qarabağ qazisini şərlədib həbs etdirdi - Tverdə

!Reklam – Yazi

Azərbaycanın diaspora təşkilatlarının fəaliyyəti bəzən həmvətənlərimizin xeyrindən çox, zərərinə işləyir.

Yenicag.az-a daxil olan şikayətə əsasən, həmyerlimiz İbrahimov Fazil Həmid oğlu Rusiya Federasiyasının Tver şəhərindəki diaspora təşkilatının sədri Fəyyaz Paşayev və onun müavini Sərdar Abdullayev tərəfindən şərlənərək həbs etdirilib.

Fazil İbrahimov Kəlbəcər rayonunda anadan olub. Qarabağ müharibəsi iştirakçısıdır. Torpaqlar işğal edildikdən sonra ailəsi ilə birlikdə Tver şəhərinə köçüb. 2015-ci ildə Rusiyada çoxuşaqlı ailələrə və kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə həm ev, həm də ferma tikmək üçün pul ayrılıb. Fazil İbrahimov da bu proqramdan yararlanmaq üçün Rusiya dövlətinə müraciət edib və onun müraciəti müsbət qarşılanıb. 1 milyon 200 min rubl Fazil İbrahimovun hesabına köçürülüb. Ancaq Tver şəhər rəhbərliyi həmin pulun hesabdan çıxarılması üçün gərəkli olan sənədə imza atmayıb. Belə desək, süründürməçiliyə salıb.

Əldə etdiyimiz məlumata görə, Tver şəhərindəki diaspora sədri Fəyyaz Paşayev və onun müavini Sərdar Abdullayev Fazil İbrahimova yardım etmək yerinə, şəhər rəhbərliyindəki dostlarının sözünü yerinə yetiriblər.

Fazil İbrahimovla söhbət zamanı bildirdi ki, kənd icra nümayəndəsinin süründürməçiliyinə qarşı etiraz edərək sənədin imzalanmayacağı və ona düşən pulu ala bilməyəcəyi təqdirdə Tver şəhərində mərkəzi yolda çadır quracağını, buna belə əhəmiyyət verilməzsə, ailəsi ilə birgə özünü yandıracağını deyib. Bundan bir müddət sonra pulu əldə edə bilib.

Fazil İbrahimovun sözlərinə görə, bunu deməkdə məqsədi məsələnin həllinə icra nümayəndəsinin diqqətini çəkmək olub.

Bundan sonra şikayətçinin özünü yandıracağını dediyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Ancaq polis hadisə yerinə gəldikdə söylənənlərin sadəcə quru sözdən ibarət olduğunu görüb. 2016-cı ildə Rusiya Daxili İşlər Nazirliyi Fazil İbrahimovun evinə məktub göndərərək onun barəsində cinayət işi qaldırmağa heç bir əsasın olmadığını qeyd edib.

Hadisədən 1 il sonra diaspora sədri Fəyyaz Paşayev və onun müavini Sərdar Abdullayev Fazil İbrahimovu yanına çağıraraq ona bildirib ki, “sənə görə bizim nüfuzumuza zərər gəlir. Sənə nə desələr elə, lap 1-2 il həbs də yat, biz səni türmədən çıxartdıracağıq”. Bir müddət sonra Fazil İbrahimovu məhkəməyə çağırıblar. Maşınının baqajında qaz balonunun olması əsas gətirilərək, Fazil İbrahimov terror törətmək, özünü və ailəsini partlatmağa cəhddə ittiham edilib və barəsində həbs qətiimkan tədbiri seçilib.

Məhkəmədə ifadə verən diaspora təşkilatının sədri Fəyyaz Paşayev Fazil İbrahimovu tanıdığını bildirib, onun özünü partladacağını dediyini də təstiq edib. Məhkəmə zamanı Fəyyaz Paşayev qeyd edib ki, ona xəbər veriləndə Fazil İbrahimov özünü partlatmağa gedib. Məhkəmə isə Fəyyaz Paşayevin ifadələrini ziddiyətli hesab edərək onun özünün istintaqa verdiyi ifadələrin açılmasını tələb edib.

Nijnı Novqoroddakı həbsxanadan redaksiyamıza zəng edən Fazil İbrahimov bildirib ki, onun heç bir günahı yoxdur: “Məni terrorizmdə günahlandıraraq həbs ediblər. Ancaq hansı terror əməli törətmişəm və ya törətməyə cəhd etmişəmsə, buna dair sübut yoxdur. Mənim tutulmağımda günahkar diaspor sədri Fəyyaz Paşayevlə müavini Sərdar Abdullayevdir. Ailəm hazırda kənddə yaşayır. Ev təmirsizdir, dolanışıqları demək olar ki, yoxdur. Acınacaqlı vəziyyətdə yaşayırlar. Diasporadan isə heç bir kömək göstərilmir. Əksinə mənim məsələmlə bağlı iş görmək adı ilə olan-qalan heyvanımı da satdırıb, pulunu yeyiblər”.

Sonda Fazil İbrahimov Azərbaycan və Rusiya dövlətindən məsələyə diqqət ayrılmasını və ədalətin bərpa olunmasını xahiş edib.

Səxavət Məmməd

www.yenicag.az

7916
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv