Kikboksinq üzrə beynəlxalq səviyyəli yarışların qalibi azərbaycanlı idmançı Ramil Caniyev Rusiyada öldürülüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Ostrovski vilayətində yaşadığı evin həyətində başından güllələnib. Xəstəxanaya çatdırılan idmançının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Ramilin həmyerlisi 26 yaşlı Eldar Bağırov barəsində axtarışlara başlanılıb.
Qeyd edək ki, mərhum 2015-ci ildə dünya çempionu olub.
Faktla bağlı cinayət işi açılılıb.