Türkiyənin 2-ci liqasında çıxış edən “Karşıyaka” sabiq futbolçusu Mahir Şükürovla arasında olan borc problemini həll edib.
Yenicag.az xəbər verir ki, maaşını ala bilmədiyi üçün FİFA-ya müraciət edən millimizin sabiq üzvü sonda istəyinə çatıb.
Bunu açıqlamasında klub prezidentinin vəkili Gökhan Şensan deyib. Onun sözlərinə görə, tərəflər problemin həllində ortaq məxrəcə gəliblər.
Məsələ burasındadır ki, İzmir təmsilçisi Mahirə 1,5 milyon türk lirəsi ödəməli idi. Şükürov idə 500 min türk lirəsi qarşılığında qarşı tərəflə razılaşaraq istəyinə çatıb. Bu isə 224 min manat deməkdir.
Qeyd edək ki, “Karşıyaka” Mahir Şükürova borcunu ödəməyəcəyi halda 6 xalının silinməsi cəzası ilə razılaşmalı olacaqdı.