21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyevin formasını geyindiyi Çexiyanın “Slaviya” klubunun U-21 komandası yoxlama oyunu keçirib.
Yenicag.az xəbər verir ki, Praqada təlim-məşq toplanışında olan komanda yerli “Litomeriço” ilə üz-üzə gəlib. Görüş futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 2:1.
Praqalıların hər iki qolunu Fərid vurub. Nəbiyev 52 və 58-ci dəqiqələrdə fərqlənib.
Bu qarşılaşmada “Slaviya”nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz – Amin Seydiyev və Rövlan Muradov da iştirak ediblər. Rövlan 80-cı dəqiqədə əvəzlənsə də, Amin sonadək mübarizə aparıb.
Futbolçularımız meydanda olduqları müddətdə özlərini ən yaxşı tərəfdən göstərməyə nail olublar.