!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı futbolçu hakimi döydü

!Reklam – Yazi

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasının “Energetik” – “Şəmkir” qarşılaşmasında yaşanan qalmaqalın səbəbkarları cəzalandırılıb.

Yenicag.az xəbər verir ki, meydan sahiblərinin iki futbolçusu ağır cəzaya məruz qalıb.

Regional Liqanın, “Energetik” – “Şəmkir” matçının 23-cü dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Oyunun 78-ci dəqiqəsində “Energetik”in futbolçusu Samir Əliyev aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb.

www.yenicag.az

1695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv