2007/2009-cu illərdə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib.
Yenicag.az xəbər verir ki, karyerasını həvəskar futbolda davam etdirən 36 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Yığmamızın heyətində 6 oyun keçirmiş Məhərrəmovun həbsinin detalları barədə ətraflı məlumat verəcəyik.
Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində – formasını geyindiyi “Rəvan”la birlikdə danışılmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırılmışdı. (sportinfo.az)