Futbol üzrə Kosovo çempionatında mövsümə yekun vurulub.
Yenicag.az xəbər verir ki, mövsümün həlledici oyunu bu gün 33-cü tur çərçivəsində azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi “Drita” “Priştina” arasında baş tutub. Son tura lider kimi daxil olan futbolçumuzun komandasına əsas izləyicisi ilə görüşdə çempionluğu təmin etmək üçün heç-heçə də kifayət edirdi. Qarşılaşma qolsub başa çatıb.
Bu nəticə ilə xallarının sayını 67-yə çatdıran “Drita” ölkə çempionu olub. “Priştina” isə 64 xalla 2-ci pilləni tutub.
Qeyd edək ki, Amit Kosovo klubunda bu ilin yanvar ayından etibarən çıxış edirdi.