Futbol üzrə Azərbaycan millisinin üzvü Budaq Nəsirovun “Sportinq”də taleyinə aydınlıq gəlib.
Yenicag.az xəbər verir ki, yarımmüdafiəçi Portuqaliya təmsilçisi ilə daha bir illik sözləşmə imzalayıb. Bunu saytımıza açıqlamasında futbolçunun meneceri Vaqif Heydərli deyib.
FIFA agenti onu da bildirib ki, Nəsirova Portuqaliya Super Liqasında çıxış edən digər klublardan da təkliflər var. Bu barədə isə son qərarı komandanın baş məşqçisi verəcək. Komandanın çalışdırıcısı futbolçumuzun başqa bir kluba icarəyə verilib-verilməyəcəyini qarşıdakı günlərdə açıqlayacaq.
Qeyd edək ki, karyerası ərzində “Turan”, “Araz Naxçıvan”, “Sumqayıt” və “Kəpəz”də oynamış 21 yaşlı yarımmüdafiəçi 2016-cı ildə “Sportinq”ə keçib.
Emin Səfərov
Yenicag.az