Futbol üzrə Azərbaycan millisinin üzvü Emil Balayev karyerasını Qazaxıstanda davam etdirəcək.
Yenicag.az xəbər verir ki, “Səbail”in qapıçısının “Tobol”a keçidi reallaşıb.
Müqavilənin detalları barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, 2018-ci ildə Qazaxıstan çempionatının üçüncüsü olan “Tobol” 2018/2019 mövsümündə Avropa Liqasında mübarizə aparacaq.