Azərbaycanlı futbolçu Rusiya klubunda

Müqavilə ilə Rusiyanın “Spartak” klubuna məxsus olan əslən azərbaycanlı futbolçu Ayaq Quliyevin yeni klubu bəlli olub.

Yenicag.az xəbər verir ki, o, karyerasını “Rostov”da davam etdirəcək. 21 yaşlı oyunçu sözügedən klubda icarə əsasında çıxış edəcək.

Qeyd edə ki, Quliyev son olaraq icarə əsasında “Anji”də çıxış edib.

Maraq üçün onu da bildirək ki, Ayazın Azərbaycan millisinə cəlb olunması da gündəmdədir.

COP29