!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı futbolçu Türkiyə kubokunda qol vurdu

!Reklam – Yazi

Türkiyə kubokunun 3-cu turu çərçivəsində keçirilən “Karadeniz Ereğli Belediyespor” – “Antalyaspor” matçı azərbaycanlı futbolçu Oruc Balaşlı üçün əlamətdar olub.

Yenicag.az xəbər verir ki, həvəskarlar liqasında çıxış edən hücumçu qarşılaşmanın 1-ci dəqiqəsində “Antalyaspor”un qapısına yol tapıb.

Lakin Orucun vurduğu qol komandasının mərhələ adlaması üçün yetərli olmayıb.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə olunmuş hissənin 105-ci dəqiqəsində 3-cü qolu vuran qonaqlar mərhələ adlayan tərəf olub.

Qeyd edək ki, Oruc Balaşlı fəaliyyətini dayandıran “Simurq”un yetirməsi olub. O, son olaraq Azərbaycanda “Zaqatala” klubunda çıxış edib.

www.yenicag.az

1813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv