Azərbaycanlı futbolçu vəfat etdi

AZAL-ın sabiq futbolçusu Rüfət Musayev vəfat edib.

Yenicag.az xəbər verir ki, bir sıra klublarımızın şərəfini qorumuş, son olaraq “təyyarəçilər”in heyətində yer almış 32 yaşlı müdafiəçi xərçəng xəstəliyindən dünyasını dəyişib.

2014/15 mövsümündə “Neftçala”nın heyətində Azərbaycan çempionatının Birinci Divizionunun qalibi olan Musayev 2 ilə yaxındı bu xəstəliklə mübarizə aparırdı.

Allah rəhmət eləsin!