Azərbaycanlı futbolçudan uğurlu debüt – İlk oyunda iki qol

Litvanın “Yonava” klubunun yeni transferi Kamran Quliyevin debütü uğurlu alınıb.

Yenicag.az xəbər verir ki, gənc futbolçu “Daynava Alytus”la yoxlama matçında iki qol vurub.

18 yaşlı hücumameyilli yarımmüdafiəçinin komandası yekunda 4:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Kamran Quliyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir.

COP29