!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı futbolçulara ömürlük cəza - Rəsmi

!Reklam – Yazi

Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Yenicag.az xəbər verir ki, toplantıda gözlənilməz və sərt qərar qəbul edilib.

İK “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlarla bağlı mövqeyini açıqlayıb. Nəticədə iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə”nin futbolçuları – Nizami Hacıyev və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə isə araşdırmanın davam etdiriləcəyi lazım bilinib.

Tərəflər 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.

www.yenicag.az

2710
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv