!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı futbolçunun 18 yaşlı qardaşı maşında öldü

!Reklam – Yazi

Qusarın “Şahdağ” klubunun futbolçusu Musa Musayevin qardaşı Tacir Musayev vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə saytımıza açıqlamasında Musayevin özü məlumat verib. Onun sözlərinə görə, Tacirin sinif yoldaşı ilə maşında gedərkən qəfildən ürəyi dayanıb. O, dərhal xəstəxanaya aparılsa da, yolda keçinib. Futbolçunun sözlərinə görə, 18 yaşlı Tacirin hər hansı bir xəstəliyi olmayıb.

Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Lakin dəqiq cavab 15 gün sonra ekspertizanın rəyindən sonra bilinəcək.

Emin Səfərov

www.yenicag.az

3215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv