Azərbaycanlı futbolçu Çexiyada ilk qolunu vurdu

19 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fərid Nəbiyev Çexiyada ilk qoluna imza atıb.

Yenicag.az xəbər verir ki, “Qəbələ”nin yetirməsi olan gənc yarımmüdafiəçi “Slaviya”nın U-19 komandasında fərqlənib.

Fərid XI turda “Karvina” ilə səfər qarşılaşmasında meydana çıxıb. Ev sahiblərinin 2:1 hesabı ilə qalib gəldikləri oyunda “Slaviya”nın yeganə qoluna məhz həmyerlimiz imza atıb. Nəbiyev matçın 12-ci dəqiqəsində hesabı bərabərləşdirsə də, fasiləyə kimi “Karvina” yenidən önə keçib və yekunda 3 xal qazanan tərəf olub.

Qeyd edək ki, Fərid dünən “Slaviya”nın U-21 komandasının heyətində də meydana çıxmışdı. O, “Yablonets”lə qarşılaşmanın (2:4) ikinci hissəsində meydana daxil olaraq, komandasının hər iki qolunda yaxından iştirak etmişdi.

COP29