Azərbaycanlı gənc “Amazon”da yüksək vəzifəyə təyin olundu

Azərbaycanlı gənc mütəxəssis Yaşar Əhmədli “Amazon” şirkətində yüksək vəzifəyə təyin olunub.

Yenicag.az xəbər verir ki, o ötən gün ABŞ-ın Amazon şirkətində Senior Data Scientist vəzifəsinə təyin edilib.

Hazırda Lüksemburqda yaşayan Yaşar Əhmədli Sabirabad rayonunun Yenikənd kəndində doğulub.

Qeyd edək ki, Y. Əhmədli bir neçə ildir sözügedən şirkətin əməkdaşıdır.