Azərbaycanlı gənc fəal Donald Trampla birlikdə Allaha dua etdi – FOTOLAR

Azərbaycanlı gənc alim Vüqar Şahbazlı ABŞ prezidenti və senatorlarla birlikdə səhər yeməyində dua edib.

Yenicag.az xəbər verir ki, Vüqar Şahbazlı Millennial Düşüncə Mərkəzinin təsisçi üzvü, 1953-ci ildən etibarən, ABŞ prezidenti, senator və konqresmenlərin iştirakı ilə Vaşinqtonda keçirilən 67-ci Milli Dua Ziyafətinə qartılıb.
Ziyafətin ikinci günündə iştirakçıları ABŞ prezidenti Donald Trampla səhər yeməyinə qatılaraq, dünyada xalqlarası və dinlərarası sülhün bərqərar olması üçün birlikdə dua ediblər.

Şahbazlı ziyafət zamanı bir sıra konqresmen və senatorlarla o cümlədən, Albaniya və Qana prezidentləri ilə görüşüb. O, həmsöhbətlərini Azərbaycanın Dağlıq Qarabağla bağlı həqiqətləri, Ermənistanın hərbi təcavüzü nətisəində 1 milyondan vətəndaşımızın məcburi köçgünə çevrilməsi və Xocalı Soyqırımı haqqında ətraflı məlumatlandırıb.
Müzakirələrdə həmçinin Azərbaycan və Türkiyənin ABŞ-la münasibətlərinin daha da möhkəmlənməsi, ABŞ-ın qardaş terrorçu PKK və onun qolu olan YPG-PYD ilə mübarizədə Türkiyəyə tam dəstək verməsinin vacibliyi kimi məsələlərə də toxunulub.

Şahbazlı ziyafətin təşkilatçıları və konqresmenlərlə söhbətində Azərbaycanın dünya ölkələri arasında dinlərarası tolerantlıq və multikulturalizm üzrə nümunə ölkə olduğunu, bu uğurun prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük əməyi nəticəsində əldə edildiyini diqqətə çatdırıb.

A.Zeynalov

COP29