Azərbaycanlı gənc jurnalist qəfil öldü – FOTO

Azərbaycanda gənc jurnalist qəflətən vəfat edib.

Yenicag.az xəbər verir ki, 31 yaşlı jurnalist Zaur Mehdiyev ötən gecə 02:00 radələrində dünyasını dəyişib.

Ailəsi Z.Mehdiyevin birdən-birə yıxıldığını və keçindiyini söyləyib.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Z.Mehdiyev bir çox yerli mətbuat orqanlarında çalışıb. Onun sonuncu iş yeri caliber.az idi.