28 yaşlı Azərbaycanlı gənc Şimali Kiprdə vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti sədri Orxan Həsənoğlu məlumat verib.
O, bildirib ki, gənc ürək çatışmazlığından vəfat edib:
“Azərbaycan Respublikasının vətəndaşı 1995-ci il təvəllüdlü Orucov Emin Qəhrəman oğlu mayın 22-də axşam saatlarında Şimali Kiprin Girnə şəhərində qonaq getdiyi dostlarının evində ürək çatışmazlığından dünyasını dəyişib”.
O.Həsənov qeyd edib ki, təəssüf ki, bu gün ölkə polisinin mətbuat xidməti ŞKTC mətbuatına cinayət faktı təsdiqlənmədən “Diqqətsizlik və ehtiyatsızlıq nəticəsində ölümə səbəb” başlıqlı açıqlama verib:
“Cinayət faktı və səbəbləri müəyyən edilmədən verilən bu açıqlama ŞKTC-də yaşayan Azərbaycan vətəndaşlarımda böyük narahatlıq yaradıb. Mərhumun dostları olan Azərbaycan vətəndaşları saxlanılıb.
Sözügedən Azərbaycan vətəndaşları məhkəmə tibbi ekspertizası və polisin araşdırmalarından sonra sərbəst buraxılıblar”.
O. Həsənov ölkə polisi tərəfindən həqiqətə uyğun məlumat yayılmalı olduğunu vurğulayıb:
“Polisin mətbuat xidməti tərəfindən yeni, həqiqətə uyğun açıqlama verilməsini xahiş edirik”.