!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı gənc Türkiyədə beynəlxalq yarışmada birinci oldu - FOTO

İstanbul Universiteti Hüquq fakültəsi magistratura tələbəsi, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi idarə heyətinin üzvü Kənan İbrahimli Türkiyədəki nüfuzlu beynəlxalq yarışmada təmsil olunub və uğur qazanıb.

Xəbərə görə, o, Türkiyədə təhsil alan dünyanın müxtəlif ölkələrindən olan 892 tələbənin iştirak etdiyi “Uluslararası Eser Yarışması”nda layihə kateqoriyasında “Öğrenelin arkadaşlar” (“Öyrənək, dostlar”) layihəsi ilə 1-ci yeri tutub. Mükafatı Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Rəhbərliyinin (YTB) sədri Abdullah Eren təqdim edib.

Xatırladaq ki, Kənan İbrahimli bu il İstanbul Universitetini birinciliklə bitirmişdi. O, bir çox layihələrin qalibi, iştirakçısı və təşkilatçısı olub.

www.yenicag.az

224
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100