Azərbaycanlı gəncdən təyyarədə biabırçı hərəkət – 14 yaşlı qızı…

238022Azərbaycanlı sərnişin təyyarədə qızı zorlamağa çalışdı. Şok hadisə Almaniyanın Frankfurt şəhərindən Antalyaya uçan təyyarədə baş verib.

Məlumata görə, M.D adlı 14 yaşlı qız anasını ziyarət üçün təyyarə ilə Antalyaya yola düşüb. Uçuş zamanı o təyyarə heyətinə yaxınlaşaraq yanındakı sərnişinin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini, dodağından öpməyə cəhd etdiyini deyib.

Bundan sonra azərbaycanlı Orxan adlı sərnişindən iddiaların doğru olub-olmadığı soruşulub. Lakin Orxan bu iddiaları qəbul etməyib. Pilot Antalya hava limanı ilə əlaqə saxlayıb və təyyarə enən kimi azərbaycanlı sərnişin polis tərəfindən saxlanılıb.

Hava limanında anası tərəfindən qarşılanan qız polisə başına gələnlərlə bağlı şikayət edib. “Biz Almaniyada yaşayırıq. Bir müddət öncə anam xəstələndiyi üçün Türkiuyəyə gəldi. Mən də ona baş çəkmək üçün səfərə çıxmışdım. Təyyarədə yanımda oturan kişi əli ilə qarnıma, qoluma toxunmağa başladı. Dodağımdan öpdü. Bunu heyətə bildirdim”.

Polisə ifadə verən Orxan Bakıda yaşadığını, universitet qeydiyyatı üçün Almaniyaya getdiyini , Antalyada evləri olduğu üçün qayıdanda bu şəhərdə istirahət etməyi düşündüyünü deyib.

“Yanımda oturan qızla aramda 10 yaş fərq var. Mən ona qarşı seksual xarakterli heç nə etmədim. Bir az söhbət etdik. Sonra yatmaq istədiyini dedi. Mən də “çiynimə söykənə bilərsən” dedim. Başını qoyub yatdı, mən də çiyninə əlimi atdım. 5-10 dəqiqə sonra qalxıb arxaya getdi və şikayət etdi”.

Azərbaycanlı gənc məhkəmə tərəfindən “uşağa qarşı cinsi istismar” ittihamı ilə saxlanılıb. Ailə və vəkillərin etirazına baxmayaraq, gənc azad edilməyib. (anspress.com)