!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı gənclər Moskvada Həmrəylik gününü qeyd edib-Fotolar

!Reklam – Yazi


img_4301


Rusiyada yaşayan azərbaycanlı gənclər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan «Dünya Azərbaycanlılarının Həmrəylik günü»nü qeyd edib.

Bayram şənliyi “Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf fondu” və “Azərbaycan Slavyan gənclər Assosiasiyası”nın Rusiya nümayəndəliyi tərəfindən təşkil edilib.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Mədəniyyətinin inkişafı və İntibahı Fondu”nun sədri ÜAK-ın Moskva şöbəsinin icraçı direktoru Şamil Tağıyev tədbir təşkilatçılarını və qonaqları Həmrəylik günü münasibəti ilə təbrik edib:
“Hər bir azərbaycanlı dövlətinə, millətinə bağlı olmalı, bir bayraq altında birləşməlidir” deyərək, təşkilatın il ərzində gördüyü işlərdən məlumat verərək, tələbələrin uğurlarından danışıb .

Daha sonra çıxış edən ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili Azərbaycan Slavyan Gənclər Assosiasiyası olaraq, Moskvada fəaliyyət göstərən ictimai təşkilatların həmrəyliyinə toxunub, AMİİF Fondunun və ASGA Rusiya nümayəndəliyinin bu funksiyanın öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Toğrul Allahverdili həmçinin dekabrın 24-ü cənab Prezident İlham Əliyevin doğum günü olduğunu qeyd edərək, bu münasibətlə Rusiyada yaşayan Azərbaycanlı gənclər adından Dövlət Başçısını təbrik edib , ölkəmiz naminə gördüyü işlərdə uğurlar arzu edərək, gənclərin hər zaman onu dəstəklədiyini bildirib .

Tədbirdə Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondunun direktoru Şamil Tağıyev tərəfindən Azərbaycan mədəniyyətinin təbliğində və fondun inkişafında xidmətlərinə görə fəal tələbələr təltif edilib.

Tədbirin ən maraqlı anı isə Ukrayna Azərbaycanlıları Konqresinin Prezidenti və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyevin Bayram şənliyində iştirakı olub. Onun Ukraynadan gəlişi Rusiya Azərbaycanlılarının həmrəyliyi kimi səciyyələnib.

 

Yenicağ.Az

 

www.yenicag.az

1100
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv