Azərbaycanlı gənclər Türkiyənin nüfuzlu media qurumlarını ziyarət ediblər – FOTOLAR

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı, Azxeber.com İnformasiya Portalının Baş redaktoru Hacıbəy Heydərli, İDİFA sədri Cavid Zeynalov Türkiyənin İstanbul şəhərində səfərdə olub.

Səfər çərçivəsində azərbaycanlı gənclər Türkiyənin nüfuzlu media qurumlarını ziyarət edib, bir sıra nüfuzlu televiziyalarda çıxışlar ediblər.

Fərid Şahbazlı, Hacıbəy Heydərli, Cavid Zeynalov Türkiyənin Haber Global, CNN Türk, HaberTürk, A Haber, Kanal 24, AKİT TV, TV NET, Ulusal Kanal televiziyalarını, İhlas Haber Ajansı(İHA), “Türkiyə” qəzeti, Haber7 Media Qrupunu ziyarət edərək, media qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçiriblər. Bir neçə TV və agentliklərlə birgə əməkdaşlıq haqqında razılıq əldə olunub.

CNN Türk, Kanal 24, AKİT TV, TV NET, Ulusal Kanal televiziyalarının proqramlarında canlı yayımlarda qonaq olunaraq, soyqırım həqiqətləri, 44 günlük Vətən Savaşı, Azərbaycan-Türkiyə münasibətlərindən geniş danışılıb.

Qeyd edək ki, səfərin baş tutmasına Gəncə şəhər Gənclər və İdman Baş idarəsi dəstək verib.