Azərbaycanlı hakim Avroliqanın qrup matçına təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Yenicag.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Vitoriya” (Portuqaliya) – “Zalsburq” (Avstriya) matçını idarə edəcək. Sentyabrın 14-də Gimaraynşda baş tutacaq bu oyunda Əliyara yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edəcəklər. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənovla Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını da Mübariz Həşimov yerinə yetirəcək.

Qeyd edək ki, Ağayev və köməkçilərinin idarə edəcəyi “Vitoriya” – “Zalsburq” qarşılaşması sentyabrın 14-də “Afonsu Enrikiş” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.

Loading...