Azərbaycanlı hakim Superfinala təyinat aldı

Azərbaycanın FIFA referisi İnqilab Məmmədov təyinat alıb.

Yenicag.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avro Çimərlik Futbolu Liqasının (EBSL) Superfinal mərhələsinə təyinat alıb.

Qeyd edək ki, bu mərhələnin oyunları 8 – 11 sentyabrda İtaliyanın Kalyari şəhərində keçiriləcək.