Azərbaycanlı hakimlər Avropa çempionatının elit-raund mərhələsinə təyinat aldılar

FIFA hakimlərimiz 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.

Yenicag.az AFFA-nın saytına istinadla xəbər verir ki, FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Pərvin Talıbov martın 22-dən 28-dək Polşada təşkil ediləcək altıncı qrupun oyunlarında iştirak edəcəklər.

Qeyd edək ki, bu qrupda İsrail, Polşa, Serbiya və Latviya komandaları mübarizə aparacaqlar.