Beynəlxalq dərəcəli hakimlərimiz 2017-18 mövsümünün ilk təyinatını alıblar.
Yenicag.az xəbər verir ki, Ömər Paşayev və Rəhim Həsənov Avropa Liqasının I təsnifat mərhələsində oyun idarə edəcəklər.
Ö. Paşayev iyunun 29-da Qazaxıstanda keçiriləcək “Kayrat”-“Atlants” qarşılaşmasının ilk oyununda ədalət təmsilçisi olacaq. R. Həsənov isə həmin gün Latviyada “Ventspils”-“Valur” qarşılaşmasının hakimi olacaq.
Avropa Liqası, I təsnifat mərhələsi
29 iyun
“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
“Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov