!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanlı həmkarlarımızla əla münasibətlər qurmuşuq” – Ukrayna parlamentinin deputatı – Eksklüziv

!Reklam – Yazi

“Biz AŞ PA-dakı fəaliyyətimiz çərçivəsində əla münasibətlər qurmuşuq, addımlarımızı koordinasiya edirik”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Borislav Bereza deyib.

Borislav Berezanın sözlərinə görə, hər iki ölkənin deputatları zəruri hallarda bir-birilərinə yardım göstərirlər:

“Bizim çox sıx əlaqələrimiz var. Biz bu və ya digər səfərlərə hazırlıq məsələlərini müzakirə edirik, həmçinin azərbaycanlı deputatlar müəyyən problemli hallarla bağlı bizə müraciət edirlər.

Məsələn, Azərbaycanın Ukraynadakı səfiri ilə əla münasibətlərimiz var və o, bir neçə dəfə mənə müraciət edib. Eyni zamanda, hər hansı bir problem yaranan zaman bizə üz tutan Azərbaycan diasporu üzvlərinə yardım etməyə çalışmışıq. Onların problemi əsasən, biznes və qanunlarla əlaqədar olur və biz o məsələləri yoluna qoyuruq.

Ukraynadakı azərbaycanlıların əziyyət çəkməmələrinə çalışırıq. Biz azərbaycanlı həmkarlarımıza daha az müraciət edirik. Daha çox müəyyən məlumatları dəqiqləşdirmək və Azərbaycandakı Ukrayna biznesinin vəziyyəti ilə bağlı onlarla əlaqə saxlayırıq. Çünki biznes qurarkən müəyyən sənədləşmə işlərinin aparılmasına ehtiyac yaranır, qanunvericiliyə dair bəzi müddəaları dəqiqləşdirmək lazım gəlir və sair.

Bir sözlə, azərbaycanlı həmkarlarımızla mehriban tərəfdaşlıq münasibətlərimiz var. Biz AŞ PA-dakı fəaliyyətimiz çərçivəsində də əla münasibətlər qurmuşuq, addımlarımızı koordinasiya edirik və bir çox məsələlərə dair qərarlarımızı birlikdə veririk”.

Yarina Lazko, Kiyev

www.yenicag.az

1780
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv